08.11.2019
Dodağın retensiyon kisti
Paylaş
Tüpürcək vəzisi retensiyon kistləri bütün ağız boşluğunda, xüsusilə daha tez-tez aşağı dodaqda meydana çıxan xoşxassəli törəmələrdir. Əmələ gəlmə səbəbi əsasən bu və ya digər səbəbdən kiçik tüpürcək vəzisi axacağının tutulması və tüpürcək ifrazında meydana çıxan məhdudiyyətdir.
Bu məhdudiyyət ifraz oluna bilməyən tüpürcəyin vəzidə toplanmasına və müxtəlif ölçülü şarabənzər şişkinliklərin-retensiyon kistlərin əmələ gəlməsinə səbəb olur. Bu hallarda müalicə retensiyon kistin cərrahi yolla çıxarılmasından ibarətdir.
Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.