Sinus lifting
Sinus maxillaris (Haymor boşluğu), üst çənənin üzərində yer alan və maksillar böyük azı dişlərimizin yaxınlığında yer alan anatomik boşluqlardır. Üst çənə arxa bölgədə dişlərin itirilməsindən sonra əksər hallarda yetərsiz sümük miqdarı ilə qarşılaşırıq. Bu zaman həmin bölgədəki itirilmiş dişlərin dental implantlarla bərpası zamanı, yetərsiz sümük miqdarına bağlı müəyyən çətinliklər ortaya çıxa bilir.
Bu çətinliklərin ortadan qaldırılması, sinus dibinə sümükartırma prosedurunun tətbiqi ilə mümkündür. Sinus lifting əməliyyatı olaraq da adlandırılan bu metodun tətbiqi vasitəsilə tətbiq etməyi planlaşdırdığımız implantın ölçüsünə müvafiq olaraq sümük köçürülməsi aparılaraq, yer qazanılır və implantlar uğurla tətbiq oluna bilir. Əməliyyat kliniki situasiyaya görə açıq və qapalı texnika ilə aparılır. Hər iki əməliyyat yerli ağrısızlaşdırmanın tətbiqi ilə icra oluna bilir. Kliniki duruma bağlı olaraq bəzən bu əməliyyat implantların yerləşdirilməsi ilə eyni seansda, bəzən isə iki ayrı əməliyyat olaraq icra olunur.