22.10.2019

Protezönü cərrahiyyə

Oral cərrahiyyənin bu sahəsi çıxan protezlərlə müalicə planlaması çərçivəsində, bu protezlərin hazırlanması və gələcəkdə istifadəsinə məhdudiyyət yarada biləcək sərt və yumuşaq toxuma törəmələrinin cərrahi yolla aradan qaldırılmasıdır. Bu törəmələr anadangəlmə və sonradan qazanılmış ola bilir və cərrahi korreksiyası əksər hallarda yerli ağrısızlaşdırma altında uğurla həyata keçirilə bilir.

Protezönü sərt toxuma cərrahiyyəsi prosedurlarından ən çox tətbiq olunanı  ekzostozların, damaq və mandibulyar torusun cərrahi olaraq uzaqlaşdırılması və korreksiyasıdır. Bu zaman protezin istifadəsinə məhdudiyyət yaradan iti sümük çıxıntıları və irihəcmli sümük törəmələri uzaqlaşdırılır.

Protezönü yumuşaq toxuma cərrahiyyəsi prosedurlarından isə ən çox icra olunanları dil, dodaq və yanaq yüyənlərinin korreksiyası, xoşxassəli yumuşaq toxumalarının kənarlaşdırılması, ağız dəhlizinin dərinləşdirilməsi (vestibulumplastika) və s. aid edilə bilər.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.