01.10.2019

Gummy smile (Diş əti gülüşü)

Gummy smile, gülərkən və danışarkən diş ətinin normadan artıq görünməsi durumudur. Üst dodaq altında qalan diş ətinin danışarkən və gülərkən 2-3 mm dən çox  görünməsi durumu gummy smile (diş əti gülüşü) adlanır. Müxtəlif səbəblərdən diş ətinin böyürərək dişlərin üzərini gərəkdiyindən artıq qapaması, üst çənə sümüyünün (maksilla) vertikal yöndə ifrat böyüməsi, üst ön kəsicilərin qısa olması, qısa ya da hiperaktiv üst dodaq ya da bunların kombinasiyaları gummy smile-ın mümkün səbəbləri arasında sadalana bilər.

Bu durum gülüş estetikasını ciddi şəkildə məhdudlaşdıran problemlərdən biridir. Bu durum müxtəlif kliniki hallarda, gummy smile-ın etiologiyasına görə müxtəlif müalicə metodları ilə müalicə olunur. İfrat vertikal maksillanın varlığında ortoqnatik cərrahi prosedurlar, diş ətlərinin artıq və uzun olması halında gingivektomiya (diş ətlərinin azaldılması) həyata keçirilir.

Hiperaktiv üst dodaq varlığında ise üst dodağın yerləşməsinin cərrahi yolla korreksiyası yada botulinum toksin tətbiq edilməklə həyata keçirilir.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.