Estetik stomatologiya
Estetik stomatologiya, stomatologiyanın, diş sırasının estetik baxımdan daha üstün bir hala gətirilməsi və eyni zamanda diş və diş sırası qüsurlarını müəyyən kriteriyalar daxilində xüsusi metodlarla bərpasının təmin edilməsi prosedurlarını əhatə edən bir qoludur. Stomatologiyanın bu qolu pasiyentlərin şəxsi istəklərini göz önünə alaraq funksiya, estetika və təbiiliyin vəhdətindən ən gözəl gülüşü təqdim edir. Əsasən tətbiq edilən metodlar diş bəyazlatma, porselen laminat vinir, estetik qapaq/körpü konstruksiyaları, implant dəstəkli konstruksiyalar eyni zamanda diş ətində rezektiv və ya bərpaedici müdaxilələrdir.
Bu metodlar duruma görə tək-tək və ya eyni bir pasiyentdə kombinə edilmiş formada tətbiq oluna bilir. Hansı metod və ya metodların tətbiq ediləcəyi müayinə və müalicə planlaması mərhələsində müəyyən edilir. Müasir texnoloji yeniliklər vasitəsilə bu planlama virtual olaraq aparıla bilir. Virtual gülüş dizaynının tətbiqi ilə pasiyent müalicə başlamadan öncəki mərhələdə müalicənin öngörülən son nəticəsini izləyir. Gülüş dizaynı vasitəsilə isə pasiyentin üz şəkli, dəri rəngi, cinsiyyəti, yaşı, dodaqları, dişlərin düzülüşü, forması və diş əti forması kimi ünsürlər göz önünə alınır və ən ideal gülüş dizaynı pasiyentə təqdim olunur.