08.11.2019

Estetik körpü konstruksiyası

İtirilmiş dişlərin bərpası zamanı bəzən dental implantların tətbiq edilə bilmədiyi durumlara rast gəlinir. Bu müxtəlif səbəblərə bağlı ola bilər. Bu zaman məhdudiyyətlər maddi, sağlamlığa bağlı, cərrahi müalicə və ya spesifik olaraq implantoloji müalicəyə qarşı fobiyaya bağlı və s. ola bilər. Bu zaman implantoloji müalicədən daha öncə stomatoloji təcrübədə tətbiq edilməyə başlanmış olan ənənənəvi müalicə metodu – körpüyəbənzər çıxmayan konstruksiyalarla bərpa həyata keçirilir.

Körpü konstruksiyasının tətbiqi zamanı itirilmiş diş bölgəsinin sərhədləyən dişlər (dişlərin sayı defektin ölçüsünə görə dəyişir) preparasiya olunur (yonulur) və xüsusi qaydada hazırlanmış konstruksiya yonulmuş dişlərin üzərinə fiksə edilir. Estetik və funksizonal tələbatı tam ödədiyinə görə əsasən gündəlik təcrübədə zirkon, keramik və ya bu materialların kombinə olunmuş şəkli tətbiq edilir.

Xüsusilə son illərdə xüsusi ölçü materiallarının və “İntraoral scanning” (“Ağızdaxili skan”) metodunun gündəlik təcrübədə tətbiqi ilə alınan dəqiq ölçülər körpü konstruksiyalarının yüksək dəqiqliklə hazırlanmasına şərait yaratmışdır. Alternativ materiallardan (metal-keramik, qızıl və s.) hazırlanan körpü konstruksiyalarının tətbiqi isə xüsusilə estetik tələbatı ödəmədiyindən, son illərdə xeyli məhdudlaşmışdır.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.