15.10.2019

Diş autotransplantasiyası (diş köçürülməsi)

Bu metod, dişsizliyin müalicəsində implantasiya, körpüyəbənzər protezlərlə bərpa kimi ənənəvi müalicə metodlarına ən effektiv alternativ metodlardan biridir. Xüsusilə də erkən yaş dövründə travma, iltihablanma,  və s. kimi səbəblərdən itirilmiş dişlərin, əksər hallarda pasiyentin retensiyon ağıl dişlərindən istifadə etməklə bərpasını təmin edir.

 

Alternativ bərpa metodları (körpüyəbənzər protez, implant) ilə müqayisədə bu üsul pasiyentin öz bədənindən götürülmüş transplantla (ağıl dişi) bərpanı təmin edir. Bir çox hallarda doğru icra olunduqda köçürülmüş diş öz canlılığını qoruyur. Bu metodun uğurla tətbiq edilməsində ən vacib faktorlardan biri pasiyent seleksiyasıdır (seçilməsidir). Belə ki bu metod yaş faktoruna bağlı olaraq yalnız müəyyən pasiyent qrupuna uğurla tətbiq edilə bilir.

 

Diş autotransplantasiyası bəzən pasiyentin çəkilməyə göstərişi olan dişin cərrahi çəkimi ilə eyni seansda həyata keçirilə bilsədə, bəzi hallarda isə diş çəkimindən sonra yaranın sağalması baş verdikdən sonra həyata keçirilir. Əməliyyat əksər hallarda yerli ağrısızlaşdırma altında aparılır. Bu metod spesifik bir müalicə metodu olduğundan yalnız bu sahədə müəyyən bilgi və təcrübəsi olan yüksək ixtisaslı mütəxəssislər tərəfindən icra olunur.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.