09.11.2019

Çıxan protez konstruksiyaları

Diş sırasının tam və natamam qüsurlarının bərpası zamanı bəzən dental implantların tətbiq edilə bilmədiyi durumlara rast gəlinir. Bu müxtəlif səbəblərə bağlı ola bilər. Bu zaman məhdudiyyətlər maddi, sağlamlığa bağlı, cərrahi müalicə və ya spesifik olaraq implantoloji müalicəyə qarşı fobiyaya bağlı və s. ola bilər. Bu zaman əgər diş sırası qüsurunun bərpası çıxmayan konstruksiyalarla (körpüyəbənzər konstruksiya) mümkün deyilsə, çıxan protez konstruksiyaları tətbiq edilir.

Bəzən isə dental implantların tətbiqindən sonra, implantüstü daimi konstruksiyanın hazırlanma dövrünə qədərki zamanda diş sırası qüsurunu müvəqqəti olaraq çıxan protezlərlə bərpa etmək ehtiyacı yaranır. Bu konstruksiyalar müxtəlif metodlarla və materialların tətbiqi ilə hazırlanır.

Hissəvi diş sırası qüsurlarında protez konstruksiyası mövcud olan digər dişlərə bu və ya digər fiksasiya mexanizmi vasitəsilə fiksə edilir. Tam dişsizlik durumlarında isə fiksasiya çənənin müvafiq anatomik bölgələrinə istinad edilərək həyata keçirilir. Birinci halda fiksasiya qonşu dişlər hesabına həyata keçirildiyindən, bu daha etibarlı fiksasiyanı təmin edir. Tam çıxan protezlərin fiksasiyası isə böyük ölçüdə çənənin atrofiya (ərimə) dərəcəsinə bağlı olub, xüsusi metodlarla yaxşılaşdırıla bilir.

Saytda dərc olunan xəbər və məlumatlar Dr. Kamran Məmmədova məxsusdur. Saytdakı materiallardan istifadə zamanı mütləq https://kamranmammadov.com saytına istinad edilməli və saytdakı müvafiq yazıya hyperlink keçid verilməlidir. Əks halda müəllif hüquqlarının pozulması ilə bağlı qanun qarşısında məsuliyyət daşımış olacaqsınız.