All on four (eyni gündə implant və diş)
All On Four konsepti ilə implant müalicəsi, ifrat sümük itkisinə bağlı olaraq protezdən istifadə edə bilməyən, total dişsizlikdən əziyyət çəkən insanlarda tətbiq olunan və xüsusi qaydada və pozisiyada yerləşdirilən 4 ədəd implant üzərinə eyni gün diş protezinin sabitlənməsini təmin edən bir metoddur. All on four konseptinin tətbiqi ilə hər bir çənəyə sadəcə 4 implantın tətbiqi ilə tamamilə dişsiz olan xəstələrin yeni dişlərinə sahib olmasını təmin edir. Bu konsept, implant müalicəsi etdirmək istəyən ancaq yetərli sümük miqdarına sahib olmayan xəstələr üçün sürətli, güvənilir və təbii görünüm qazandıran bir metoddur. Bu metod implantasiya əməliyyat üçün maneə təşkil edə biləcək hər hansı bir sistemik xəstəliyi, lokal xəstəlik və ya məhdudiyyəti olmayan, eyni zamanda əks göstəriş hesab edilə biləcək dərman və metodlarla müalicə almayan, tam dişsizlikdən əziyyət çəkən hər kəsə tətbiq edilə bilər. Bu konseptin tələb etdiyi şəkildə implantların tətbiqindən sonra pasiyentlər dərhal çıxmayan müvəqqəti protez konstruksiyası ilə təmin olunurlar. Sümük və implant arasında osteointeqrasiya adlandırılan qarşılıqlı bağlantının (sağalmanın) baş tutması üçün 3 ay bu konstruksiya istifadə olunur. 3 az tamamlandıqdan sonra isə pasiyent daimi, çıxmayan konstruksiya ilə təmin olunur.
Konseptin üstünlükləri:
- Tam dişsiz xəstələrə eyni bir gündə, tək bir cərrahi prosedur ilə çıxmayan diş konstruksiyası təqdim olunur
- İmplantların tətbiq edilmə müddəti qısadır
- Mürəkkəb sümükköçürmə/sümükartırma əməliyyatlarına ehtiyac qalmır
- Tətbiq edilən implant sayı azaldığı və əlavə sümükartırma prosedurlarına gərək qalmadığı üçün maddi baxımdan daha əlverişlidir
- Təmizlik və baxımı olduqca sadədir
- Çıxan protez istifadə edə bilməyən şəxslər üçün əlverişlidir
- Müalicə seansı say olaraq az olduğuna görə uzaq məsafədə yaşayan (məsələn: ölkə xaricində) şəxslər üçün uyğun bir prosedurdur